Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105706
az

Pakistanda baş verən qarşıdurmada 6 təhlükəsizlik işçisi həyatını itirib

12:2707 Aprel, 2024
130
DÜNYA
  • A

Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində baş verən qarşıdurmada 6 təhlükəsizlik əməkdaşı həyatını itirib, 12 silahlı isə zərərsizləşdirilib.

 

Oxu24.com  xəbər  verir  ki, Dawn qəzetinin məlumatına görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentindən (ISPR) verilən açıqlamada, dünən keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada 8 yaraqlının öldürüldüyü bildirilib.

 

Bəyanatda, həmçinin Şimali Vəziristan bölgəsində dünən başlayan digər qarşıdurmada daha 2 yaraqlının zərərsizləşdirildiyi bildirilib.

 

Bəyanatda təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Pəncqur bölgəsində həyata keçirdiyi ayrı əməliyyatda silahlılarla qarşıdurma yarandığı, qarşıdurmada 2 yaraqlının öldürüldüyü bildirilib.

 

Pakistan rəsmiləri tərəfindən edilən ayrı bir açıqlamada, Hayber Paxtunxva əyalətinin Lakki Marvat bölgəsində silahlı şəxslərin polis maşınına atəş açması nəticəsində 3 mühafizəçinin, minanın partlaması nəticəsində isə 1 mühafizəçinin həlak olduğu bildirilib. 

 

Baş nazir Şahbaz Şərif açıqlamasında Lakki Mərvətdə polis məmurlarına edilən hücumları pisləyib.

 

Polis rəsmiləri tərəfindən verilən açıqlamada, Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində uzaqdan idarə olunan əldəqayırma partlayıcının partlaması nəticəsində 1 polisin həyatını itirdiyi bildirilib.

 

Həmçinin Bəlucistanın Dera Buqti bölgəsində minanın partlaması nəticəsində 1 mühafizəçinin öldüyünü açıqlanıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi