Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105672
az

Tacikistan Türkiyənin viza rejiminin tətbiqi ilə bağlı qərarına cavab verəcək

23:4506 Aprel, 2024
110
DÜNYA
  • A

Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib ki, ölkə Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxır.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

"Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir", - Səmədi bildirib.

 

Eyni zamanda diplomat qeyd edib ki, Türkiyə viza rejiminin tətbiqi qərarı ilə bağlı Tacikistanı xəbərdar etməyib.

 

Bundan əvvəl Türkiyənin Tacikistan vətəndaşlarının ölkəyə vizasız daxil olmasına qadağa qoyduğu bildirilirdi.

 

Bu barədə fərmanı prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

 

Qərarın səbəbləri açıqlanmayıb.

 

Martın sonunda Tacikistan Respublikasının Əmək, Miqrasiya və Məşğulluq nazirinin müavini Şahnoza Nodiri ölkədə “mavi yaxa” peşələri üzrə altı təlim mərkəzinin açıldığını elan edib.

 

Bu mərkəzlərdən üçü əməkçi miqrantların təkcə peşəkar deyil, həm də dil hazırlığı ilə məşğul olacaq.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı
Məktəblərdə mobil telefonlar qadağan edildi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı