Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10566
az

Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb

14:2505 Mart, 2019
1002
İQTİSADİYYAT
  • A
 
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb

Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla
bağlı 4 mart 2019-cu il tarixində Kapital Bank-ın baş ofisində tərəflər arasında tədbir keçirilib. İmzalanma
mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və BMTƏF-in Azərbaycandakı
nümayəndəliyinin Baş müşaviri Fərid Babayev iştirak edib.
İki qurum arasında baş tutacaq ilk layihə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı
ictimai vəkillik kampaniyası olacaq. Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın
filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq.
“Biz korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq il ərzində bir sıra layihələr həyata keçiririk. Təbii ki, bu
tip layihələr cəmiyyət üçün əhəmiyyətli məna kəsb edəcək bir siqnal olmalıdır, insanları düşündürməlidir. BMT-nin
Əhali Fondu ilə əməkdaşlığımız nəticəsində də maarifləndirici layihələri təqdim etməyi düşünürük. Memorandum
çərçivəsində həyata keçirilən ilk layihəmiz 8 mart ərəfəsində təqdim olunacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti
sədrinin 1-ci müavini Fərid Hüseynov bildirdi.
“Azərbaycanın bank sektorunun liderindən biri ilə memorandumun imzalanması Dayanaqlı İnkişaf Məqsədlərinə
çatmaq istiqamətində dinamik və inklyuziv strateji əməkdaşlığa zəmin yaradacağına əminəm. Korporativ sosial
məsuliyyət çərçivəsində gender bərabərliyi və demoqrafiyanın inkişafına həssaslıq göstərən və BMTƏF fəaliyyətinə
töhfə verdiyi üçün Kapital Bank-a minnətdarlığımı bildirirəm”, - deyə, BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin
Baş müşaviri Fərid Babayev bildirdi.
Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı
təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və
gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata
keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq
üçün milli potensialın artırılmasına yönəlib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi