Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105656
az

Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

21:3406 Aprel, 2024
180
KRİMİNAL
  • A

Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Oxu24.com  xəbər verir, istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.

 

Qeyd edək ki, keçən ilin dekabr ayında Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı
Qadını fotolarla şantaj edən şəxs saxlanıldı
Keçmiş məhkum 87 yaşlı qadına qarşı soyğunçuluq etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı