Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105612
az

Cəlilabadda baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

13:2206 Aprel, 2024
141
KRİMİNAL
  • A

Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları bilinib.

 

Hadisə ötən gün gecə saatlarında rayonun Mikayıllı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu barədə öz qohumuna irad bildirib.

 

Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından ov tüfəngi ilə yaralanması ilə başa çatıb. O, xəstəxanaya yerləşdirilib.

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü