Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin “sxodka”sına basqın edib.
Oxu24.com -un xəbərinə görə, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, “sxodka”ya 1985-ci ildən “vor zakon” statusunu daşıyan “Laşa Svan” ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib.
Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı “qanuni oğru” saxlanılıb.
Məlumata görə, o digər “həmkarları” ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının “kuratoru” olmaq istəyib.
Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan “Laşa Svan” bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxıllıb
Oxu24.com
ŞƏRHLƏR