Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105591
az

ABŞ: Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çalışmağa çağırırıq

22:1505 Aprel, 2024
146
DÜNYA
  • A
ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır. “Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Brüsseldə jurnalistlərə Birləşmiş Ştatların dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün nəticələrindən danışarkən deyib. “Görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz təbii ki, onu sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə təşviq etdik”, - amerikalı rəsmi bildirib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO