ABŞ müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plum bildirib ki, ölkə hakimiyyəti Rusiya ilə yüksək səviyyədə əlaqə saxlayır, çünki Moskva Vaşinqtonun kosmosa əsaslanan yeni silahlarla bağlı qənaətlərini mübahisələndirir.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz müttəfiqlər və tərəfdaşlarla, açıq desək, Rusiya ilə işləyirik ki, onları əmin edək ki, bu, məsuliyyətli iş deyil”, - Plum deyib.
Onun sözlərinə görə, yeni silahlarla bağlı “fikir mübadiləsi” ən yüksək səviyyədə aparılır.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın kosmosda nüvə silahının yerləşdirilməməsinə dair layihəni BMT Təhlükəsizlik Şurasında səsverməyə təqdim etmək planlarını şərh edərkən bu mövzunun potensial sahə olduğunu bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir müddət əvvəl ABŞ-ın gələn həftə BMT Təhlükəsizlik Şurasına kosmosda nüvə silahının qadağan edilməsi ilə bağlı qətnamə təqdim edəcəyini bildirib.
Ağ Ev əmin olduğunu bildirib ki, Rusiya bu qətnaməyə səs verməlidir.
Bundan əvvəl Pentaqonun münaqişədə kosmik imkanlardan istifadə etməyə hazırlaşdığı bildirilirdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR