Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
OXU24.COM bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən bağlı qalmasına qərar verib”, - qeyd edilib.
Açıqlamada həmçinin, aprelin 15-dən etibarən Haapasaari, Nuijamaa və Santio limanlarının turist gəmiləri üçün qeyri-müəyyən müddətə bağlanacağı bildirilib.
“Bu tədbirlərlə ölkəyə qeyri-qanuni mühacir axınının qarşısını almağı hədəfləyirik. Finlandiyaya qeyri-qanuni mühacir axını davam edərsə, bu, ölkənin milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacaq”.
Xatırladaq ki, bu il fevral ayında Finlandiya sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.
Oxu24.com
ŞƏRHLƏR