Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105540
az

Brüssel görüşü milli maraqlarımıza uyğun deyil

16:3705 Aprel, 2024
205
SİYASƏT
  • A

Bu gün Brüsseldə baş tutacaq ABŞ-Aİ-Ermənistan görüşü milli maraqlarımıza uyğun deyil.

OXU24.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

O qeyd edib ki, bu görüş bölgədə sülhə xidmət etməməyə və eskalasiya riskini artıra bilər.

"Bu görüşdən Rusiya və İran da narahatdır. Görüşdə müzakirə ediləcək mövzular tərəflərin əldə etməyə çalışdığı razılaşmalar haqqında artıq müəyyən məlumatlar var. Burda əsas məsələlərdən biri Ermənistanın kütləvi şəkildə silahlandırılmasıdır. Biz indiyədək Fransanın Ermənistanı silahlandırmasını görürdük. İndi bəlli olur ki, Ermənistanın ordusu yenidən qurulur və silahlarla təchiz ediləcək. Bununla bağlı 400 milyona yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsait Azərbaycanla sərhəddə müdafiə xəttinin möhkəmləndirilməsi, müdafiə istehkamlarının qurulması və hərbi infrastrukturun inkişafına yönləndiriləcək. Digər tərəfdən Avropa ölkələrindən və Qərbdən fərqli adlarla Ermənistana gətiriləcəyi gözlənilir. Bu pullar da hərbiyə yönələcək. Əgər Ermənistan silahlanırsa, bu Azərbaycanın təhlükəsizliyini təhdid edir.

Digər məsələ isə Ermənistanın hansısa təhlükəsizlik çətirinə daxil edilməsidir. Əgər bu görüş iqtisadi məsələlərə görə keçirilirsə, Azərbaycan və Türkiyə də görüşə dəvət edilə bilərdi. Burda görünən odur ki, dünyanın güc mərkəzlərindən ikisi bölgədəki siyasəti Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Lakin bu çox risklidir", - o deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Gürcüstanda etirazlar YENİDƏN ALOVLANDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin