Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105518
az

Qadın terrorçuların "başçısı" ölüb

12:1205 Aprel, 2024
83
DÜNYA
  • A

Türkiyəninin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Ayn-əl-Arab şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “məsul şəxslərindən” biri Vahidə Atalay ölüb.

 

Oxu24.com   xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Bildirilib ki, o, “Sorhin Çele” kod adı altında İraq və Suriyada müxtəlif terror hücumlarını təşkil və idarə edib.

 

Məlumata görə, Vahidə Atalay bundan başqa Suriyada YPG-nin qadın qolunda da əhəmiyyətli rola malik olub.

 

O, 2006-cı ildən indiyədək Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror hücumlarında iştirak edib. Atalay 2006-2014-cü illərdə PKK terror qruplaşmasının tərkibində İraqda fəaliyyət göstərib. 2014-cü ildə Suriyaya keçərək Kamışlı, Ayn-əl-Arab və Rasulayn bölgələrində silahlı fəaliyyət həyata keçirib.

 

2022-ci ildə Ayn-əl-Arabda YPJ-nin (qadınlardan ibarət terrorçu qruplaşma) rəhbərlərindən olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı