Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10551
az

Ana və uşağını zahiri görünüşünə görə təyyarədən qovdular – Foto

23:1204 Mart, 2019
571
  • A
 
Amerikada ana və körpə uşağı üzlərindəki səpkilərə görə təyyarədən qovulub. Hadisə “American Airlines” şirkətinin reysində baş verib.
Oxu24.com xəbər verir ki, Cordan Fleyk bir yaşlı oğlu Ceksonla birlikdə Dallasa, həyat yoldaşı Kris Fleyklə görüşməyə gedirmiş. Təyyarəyə minik başlanandan sonra salonda bələdçi qadına Cordana yaxınlaşaraq, ondan özünün və oğlunun üzündəki səpkilərin səbəbini soruşub. Daha sonra qadından həkimin uçuşa icazə sənədini istəyib. Qadın ona izah edib ki, özü və oğlu nadir genetik xəstəliklərdən olan ixtiozdan əziyyət çəkir. Bu xəstəlik zamanı dəri quruyur, qabıq verir.

Təyyarə bələdçisi gedib internetdə bu xəstəlik barədə məlumatı oxuyandan sonra geri qayıdaraq, qadından oğlu ilə brilikdə təyyarədən düşməyi tələb edib. Cordanın sözlərinə görə, o, təyyarədən düşəndə digər bələdçi onun ünvanına xoşagəlməz replika səsləndirib.
“Həyatım boyu heç kim məni belə alçaltmamışdı. Mən onlara məktub göndərmişəm və cavabını gözləyirəm”, – Cordan Fleyk bildirib.

Cordanın atası Terri Li Smit də qızının başına gələnlərdən hiddətlənib: “Mənim qızım mülayim xasiyyətli insandır. Hərbçinin həyat yoldaşı, möhtəşəm anadır. O, bu xəstəliklə doğulub və buna görə belə münasibətə layiq deyil”.

“American Airlines” şirkətinin nümayəndələri Fleyk və onun oğlundan üzr istəyərək, baş verənlərlə bağlı araşdırma aparacaqlarını bildiriblər.

Buna bənzər hadisə 2018-ci ilin mayında “Air Canada” şirkətinin təyyarəsində də baş vermişdi. Təyyarə bələdçisi qaradərili qadını üzündəki səpkilərə görə buraxmaq istəməmişdi. Baxmayaraq ki, sərnişinin əlində onun keçici olmaması barədə həkim sənədi vardı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ daha bir ölkəni SİLKƏLƏDİ
İranın yeni prezidenti kim olacaq? -Mümkün ssenarilər və Pezeşkian amili
Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxdı: xəsarət alanlar var

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Süpürgəçi qızı maşın vurdu
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
İki nəfər narkotiklə tutuldu