Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10550
az

MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR

22:3604 Mart, 2019
794
TİBB
  • A
Tütün məhsullarından istifadə etmənin, piylənmənin və idmanla məşğul olmamanın infarkt keçirmə riskini artırdığını bir çoxumuz bilirik.

Oxu24.com xəbər verir ki, amma heç eşitmədiyiniz və bilmədiyiniz başqa faktorlar da var. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ürək-damar xəstəlikləri dünya miqyasında ən başlıca ölüm səbəblərindən biridir.
Gülməli səslənsə də ürək-damar xəstəlikləri riskini artıran səbəblərdən biri iş yerində müdirinizdən nifrət etməkdir. İsveçdə hər 10 ildə bir edilən araşdırmaya görə, iş yerində rəhbərliklə münasibətlərin pis olması insanların 40 faizində infarkt riskini artırır. Amerikanın Orlando şəhərindəki Ürək Sağlamlığı İnstitundan kardeoloq Vijay Kumar “Ürək xəstəlikləri iş yerlərindəki stres səviyyəsi ilə arta bilər” deyə bildirib. Qeyri-sağlam qidalanma və yuxusuzluq kimi risk faktorları ilə bir araya gəldikdə ürək-damar narahatlığı riski daha da artır.

Bir araşdırmaya görə, daha az sosial münasibəti olan insanların ürək xəstəliyi yaşama riski 29 faiz, infarkt keçirmə riski isə 32 faiz artır. Bunun səbəblərindən birinin yalnızlığın stresli ola bilməsi və yalnız insanların ətrafında hislərini tənzimləyən heç kimin olmamasının ola biləcəyi bildirilir.

Oksford Universitetində 2014-cü ildə edilən araşdırmada 700 mindən çox qadın səkkiz il müddətincə izlənilib. Həyat yoldaşı olan qadınların yalnız yaşayan qadınlara nisbətən infarktdan ölmə riskinin 28 faiz daha az olduğu müşahidə olunub.

Amerikan Ürək Təşkilatı ölkədəki ürək xəstələrinin 33 faizində depressiya ola biləcəyini bildirib. Mütəxəssislər psixoloji problemləri olan insanların sağlam qərarlar verməkdə çətinlik çəkdiyini də bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı