Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10549
az

Meymunlar iki nəfəri öldürdülər

22:1404 Mart, 2019
762
DÜNYA
  • A
 Hindistanda bir sutka ərzində iki nəfər vəhşi meymunların qurbanı olub. Hadisə Uttar-Pradeş ştatında baş verib.
Oxu24.com xəbər verir ki, ölənlərdən biri olan 60 yaşlı qadın açıq havada yemək bişirərkən meymun sürüsünün hücumuna məruz qalıb. O, meymunlarla mübarizə aparmağa çalışsa da, yıxılıb. Qadını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlər nəticəsində ölüb.

Meymunların daha bir hücumu qonşu kənddə olub. Orada isə 20 yaşlı oğlanın üstünə hücum ediblər. Həmin vaxt evin damında olan oğlan qaçarkən yıxılıb ölüb.

Yerli sakinlər deyir ki, bu, meymunların ilk hücumları deyil. Bundan əvvəl də dəfələrlə adamlara hucum ediblər. Onlar baş verənləri vəhşi meymunların sayının artmasıyla izah edirlər.

Dövlət orqanları ölüm hadisələri qeydə alınan ərazilərdə meymunların tutulmasıyla məşğul olacaqlarını bildiriblər.

2018-ci ilin noyabrında da Uttar-Pradeş ştatında meymunun bir evə hücum edərək, anasının əlindən 12 yaşlı uşağı götürüb qaçdığı və daha sonra onu öldürdüyü barədə məlumat yayılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ