Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105457
az

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

17:2304 Aprel, 2024
128
REDAKTORUN SEÇİMİ
  • A

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda “Fərid M” adlı profillə icra başçısı haqqında müxtəlif iddialar yazan şəxs 1990-cı il təvəllüdlü Məhəmmədəli S. imiş.

 

İcra başçısı rayonun kəndlərindən birinin sakini olan Məhəmmədəli S. barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, gəncin Cinayət Məcəlləsinin 148-ci (Böhtan) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

 

Məhkəmə prosesində Məhəmmədəli S. feysbuk səhifəsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının bəzi şadlıq evlərindən 10 min manat tələb etməsi ilə bağlı yazdığı fikirləri rayon sakinlərindən eşitdiyini deyib.

 

O, icra başçısının Göyçay çayının sahilində yerləşən, vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan vermədiyini iddia edib. Eyni zamanda tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə narazı qaldığını və bu səbəbdən belə bir addım atdığını qeyd edib.

 

Məhkəmə Məhəmmədəli S.-nin gənc olmasını, birinci qrup əlilliyini, ilk dəfə cinayət törətməsini və digər halları nəzərə alaraq ona 2 min manat cərimə cəzası verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Razi Nurullayevin əsas rəqibi,məşhur iş adamı namizədliyini geri götürdü
Məşhur iş adamı namizədliyini geri götürdü - SON DƏQİQƏ
Fərqanə Quliyeva vəfat edib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
25 şəxs cinayət başında yaxalanıb