Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
14 Mart 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
186
04.04.2024, 11:49
5 apreldə Azərbaycanı, eləcə də Cənubi Qafqazı təhlükə gözləyir. Sabah Brüsseldə planlanan görüş həm ölkəmiz, həm də qonşularımız üçün yaxşı nəsə vəd etmir. Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü regionda sabitliyi pozmaq cəhdlərindən biridir.
Regionda vəziyyəti yaxşıya doğru dəyişən Azərbaycan bölgədə sabitliyi təmin etsə də, Ermənistan havadarlarının vədlərinə inanaraq buna aşkar şəkildə mane olmağa çalışır. Məhz sabahkı görüşün təşkili bunun bariz nümunəsidir.
Rəsmi Bakı bir neçə gün əvvəl açıqlamasında bildirib ki, şəffaf şəkildə keçirilməyən konfrans qərəzli xarakter daşıyır. Ötən gün ABŞ Dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəng edib. Brüssel görüşü barədə vəziyyəti izah edən Blinken İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Danışıq zamanı Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırsa da, reallıq başqadır. Belə ki, ölkə başçısı qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.
Həmçinin oxuyun
Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.
Ölkə başçısı Parisdəki mətbuat konfransında Azərbaycana qarşı səsləndirilən əsassız ittihamlara da münasibət bildirib. O, aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışdığını qeyd edib.
Blinkenin ölkə başçısına görüş barədə izahat verməsi İlham Əliyevin siyasi nüfuzunun artmasının göstəricisidir. Lakin, Azərbaycanın narahatlığına baxmayaraq görüş təxirə salınmayıb. Blinken müxtəlif bəhanələrlə görüşün Azərbaycana qarşı olmadığını bəyan edib. Görünür, Qərb və ABŞ-nin sülh prosesinin uzanmasında marağı var. Onlar Cənubi Qafqazda sabitliyi pozmaq istəyirlər. İlham Əliyevin də dediyi kimi, anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımlar, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasəti regionda silah yarışına və təxribatlara şərait yaradacaq.
11:28 / 14 Mart 2025
Avropa yenidən silahlanmanı sürətləndirir
1
11:21 / 14 Mart 2025
Məhəmməd bin Salman Putinlə nəyi müzakirə edir?
7
11:20 / 14 Mart 2025
Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
7
11:15 / 14 Mart 2025
Avropa İttifaqı ABŞ-dan asılılığını rəsmən etiraf edir
5
11:10 / 14 Mart 2025
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb
6
11:06 / 14 Mart 2025
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
5
11:02 / 14 Mart 2025
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
7
10:43 / 14 Mart 2025
Nədən termometr apteklərdə tapılmır ?
21
10:37 / 14 Mart 2025
Nazirlər Kabineti yeni qərar verib
568
10:30 / 14 Mart 2025
Qızılın qiyməti bahalaşdı
17
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
19
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
35
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
21
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
20
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
20
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
21
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
36
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
32
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
30
08:41 / 14 Mart 2025
Bakı və İrəvanın razılaşması...
32
08:15 / 14 Mart 2025
Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb
34
07:59 / 14 Mart 2025
Putin bu sözləri Trampa deməyə qorxur
56
22:36 / 13 Mart 2025
TƏBİB-in əməkdaşı qəzada öldü
105
21:47 / 13 Mart 2025
ABŞ Aİ-nin nə qədər tez silahlandıra biləcəyini proqnozlaşdırdı
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.