Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105401
az

FHN yanan "Binə"dən VİDEO YAYDI

11:3704 Aprel, 2024
181
REDAKTORUN SEÇİMİ
  • A

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində parça materialları yanıb.

 

Oxu24.com   xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50kv.m sahədə və bitişik yerləşən, sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10kv.m sahədə yanıb.

 

Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayevlə bağlı yeni xəbər var - Məhkəmə bu qərarı verib
Ağır qəza baş verib: Xeyli sayda yaralı var
İqbal Əbilovun həbs detalları məlum oldu- Ermənistanla gizli sövdələşmələr...

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göygöldə qanunsuz tikintilərin qarşısı alındı - FOTOLAR