Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105378
az

Honq Konq sakini ilk dəfə simian herpes virusuna yoluxub

22:1203 Aprel, 2024
209
  • A

Honq Konqda simian herpes virusuna (virus B) ilk yoluxma halı qeydə alınıb.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə çərşənbə günü, aprelin 3-də Honq Konq hökumətinin xəbərlər şəbəkəsi Səhiyyə Nazirliyinin Sağlamlığın Mühafizəsi Mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, söhbət fevralın sonunda Jinshan Country Parkda vəhşi meymunun hücumuna məruz qalan 37 yaşlı kişidən gedir.

 

Xəstə ağır vəziyyətdə şəhər xəstəxanalarından birinin reanimasiya şöbəsindədir.

 

Onun serebrospinal maye nümunəsi laboratoriyada yoxlanılıb və B virusu müsbət çıxıb.

 

Honq Konq Sağlamlıq Mərkəzinin məlumatına görə, xəstəlik insanlarda qripə bənzər simptomlara səbəb ola bilər.

 

Xəstəlik mərkəzi sinir sisteminə də təsir edə bilər, lakin virusun insandan insana keçməsi çox nadir hallarda baş verir.

 

Şəhər sakinlərinə vəhşi meymunlardan uzaq durmaq, yaralarını axar su ilə yumaq və dərhal həkimə müraciət etmək tövsiyə olunur.

 

Simian herpes virusuna yoluxma halları əvvəllər ABŞ, Yaponiya və Kanada da daxil olmaqla digər ölkələrdə də bildirilmişdi.

 

Bundan əvvəl Alyaskada ilk insan ölümü Alyaskapox virusundan (AKPV) qeydə alınıb. Xəstəliyin qurbanı pişiyindən yoluxmuş ola biləcək yaşlı kişi olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Qətər Suriya və Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü spekulyasiya adlandırır

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı