Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10537
az

“İlham Əliyev Paşinyanı asanlıqla məğlub etdi” - Koçaryan

16:0404 Mart, 2019
644
SİYASƏT
  • A
 
Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunaraq haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-prezident Robert Koçaryan “168 saat” qəzetinə müsahibə verib.

Oxu24.com  xəbər verir ki, o, bildirib ki, baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müxtəlif bəhanələrlə maskalanıb, lakin buna baxmayaraq, danışıqlar gedir.

“Burada şübhə doğuran məqam danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Cəmiyyətə hakimiyyətin Qarabağ məsələsi ilə bağlı mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək hələ də səslənməyib və məhz bu da narahatlıq doğurur. Mövqe formalaşdırmadan axı necə uğurlu danışıqlar aparmaq olar? Qarabağ münaqişəsində bir sıra əsas müddəalar mövcuddur ki, bunlardan biri səlahiyyətli şəxslərin danışıqlar başlamazdan əvvəl dəqiq yanaşmalarını ortaya qoymalarıdır”.

R. Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanı asanlıqla məğlub etdiyini etiraf edib:


“Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonra bizim zəmanətimiz idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən etdiyi seçim olmasının mahiyyəti yoxdur. Hər iki halda bu, böyük səhvdir.

Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Minsk qrupunun bu yöndə növbəti təklifləri Ermənistan üçün heç də xoş olmayacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ