Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10536
az

Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq

15:3204 Mart, 2019
723
TİBB
  • A
 
Qızılca əleyhinə vaksinlər artıq Azərbaycana gətirilib.

Bunu  açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olan 160 min dozada vaksinin şəhər və rayonlar üzrə bölgüsü aparılır: "Səhiyyə nazirinin əmrinə əsasən, yaxın günlərdə 20-40 yaşlı insanlar arasında təmizləyici immunlaşdırma tədbirləri başlanılacaq. Vaksin Bakı şəhəri üzrə tibb müəssisələrinə çatdırılıb və hazırda innovasiya təchizat mərkəzi tərəfindən respublikanın digər şəhər və rayonlarına vaksin çatdırılır”.

A.Əliyeva bildirib ki, 2-3 gün ərzində immunlaşdırma tədbirlərinə başlanılacaq və əhali yaşadıqları ünvan üzrə polklinikalara müraciət edərək peyvənd oluna bilərlər.

Direktor müavini qeyd edib ki, ötən ilin sonu 55 nəfər, bu ilin 2 ayı ərzində isə 150-ə yaxın insan qızılca xəstəliyinə yoluxub. O, vurğulayıb ki, qızılcaya yoluxma halları əsasən böyükyaşlı insanlarda müşahidə edilir.

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başımız niyə gicəllənir?
Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq
`Donuz qripi`ndən qorunmaq üçün nə etməli? - Mütləq oxuyun

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı