Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105353
az

Məktəb direktorunun işi MƏHKƏMƏDƏ

17:3703 Aprel, 2024
181
  • A

Direktorun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə  Oxu24.com-a  Cəlilabad rayon prokurorluğundan məlumat  verilib.

 

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb. 

 

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi  və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına  əsaslı şübhələr müəyyən edilib. 

 

Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə  ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi