Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105345
az

Azər Abizadəyə yüksək vəzifə verildi

16:4503 Aprel, 2024
101
CƏMİYYƏT
  • A

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib.

Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən "İlin ən uğurlu xarici məzunu" mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. ADA Universitetinin "İlin ən uğurlu müəllimi və alimi" mükafatını alan ilk müəllimidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ