Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105296
az

Donald Tramp dələduzluq işi ilə bağlı 175 milyon dollar girov qoydu

16:5502 Aprel, 2024
108
DÜNYA
  • A


ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu York məhkəməsinin dələduzluq işi üzrə çıxardığı qərardan apelyasiya şikayəti vermək hüququ qazanmaq üçün 175 milyon dollar girov qoyub. 

OXU24.COM  xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, girov Tramp tərəfindən Kaliforniyada yerləşən "Knight Specialty” sığorta şirkəti vasitəsilə qoyulub. 
Bu ilin fevralında Nyu York məhkəməsi Donald Trampı Tramp Təşkilatının maliyyə məlumatlarını saxtalaşdırmaqda təqsirli bilib. Məhkəmə, Trampın daha sərfəli kredit şərtləri əldə etmək üçün şirkətinin fəaliyyətini on il ərzində şişirtdiyi qənaətinə gəlib. Eyni zamanda məhkəmə 354,9 milyon dollar məbləğində cərimə kəsib, sonradan onun məbləği 454 milyon dollara çatdırılıb.

Trampın vəkilləri məhkəmənin bu qərarından apelyasiya şikayəti verərək bildiriblər ki, hazırda yenidən ABŞ prezidentliyinə namizəd olan Ağ Evin keçmiş rəhbəri bu qədər böyük məbləğdə girov ödəyə bilməyəcək. Bununla bağlı ABŞ mediası eks-prezidentin mümkün müflisləşməsi və daha sonra cəriməni ödəmək üçün onun əmlakının müsadirə edilməsi məsələsini aktiv şəkildə müzakirə edib.

Buna baxmayaraq, keçən həftə məhkəmə girov məbləğini 175 milyon dollara endirib. Məhkəmə pulun ödənilməsi üçün 10 gün vaxt verib. Tramp girovu vaxtında ödəməyi bacarıb və indi dələduzluq işi apelyasiya instansiyasında baxılacaq. Aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılsa, keçmiş prezident bütün cəriməni ödəməli olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü