Bakı və Buxarest arasında birbaşa aviareyslərin açılması müzakirə edilir.
Bu açıqlama ilə Bakıda olan Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edib.
“Azərbaycanla Rumıniya arasında birbaşa aviareysin açılmasını səbirsizliklə gözləyirik”, - deyə o qeyd edib.
Onun fikrincə, bu, təkcə xalqları bir-birinə yaxınlaşdırmayacaq, həm də investorlarla özəl sektor arasında əlaqələr yaradacaq, əməkdaşlığın hərtərəfli inkişafını təmin edəcək.
Oxu24.com
ŞƏRHLƏR