Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105206
az

Tacikistanda “Krokus” terror hadisəsində əli olan şəxsin qonşuları dindirilib

20:5531 Mart, 2024
196
  • A

Hüquq-mühafizə orqanları Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına hücumun iştirakçılarından birinin Tacikistanda Dalerjon Mirzoyevin qonşularını dindiriblər.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RİA Novosti silahlının valideynlərinin qonşusuna istinadən yazır.

 

"Bizi də dindirməyə çağırdılar, lakin həmin gün sərbəst buraxıldıq",  deyə qadın  bildirib.

 

O, aydınlaşdırıb ki, Dalerjon Mirzoyevin kəndin digər sakinləri ilə heç vaxt münaqişəsi olmayıb. Qonşu əlavə edib ki, kişi qonşularına qarşı həmişə sakit və nəzakətli olub.

 

Martın 22-də axşam saatlarında “Piknik” qrupu Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında çıxış etməli idi, lakin tədbir başlamazdan bir müddət əvvəl silahlı şəxslər binaya soxularaq tamaşaçılara atəş açıblar. Daha sonra konsert zalında partlayış baş verib və yanğın başlayıb.

 

Eyni zamanda yaraqlılar hadisə yerindən qaça biliblər, lakin elə ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfəri saxlayıblar. Martın 24-də həmin şəxslər tutularaq 2 ay müddətinə istintaq təcridxanasına göndərilib.Ardınca hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə daha üç təqsirləndirilən şəxsi saxlayıblar. Müstəntiqlərin fikrincə, onlar Crocus City Hall-a hücumdan sonra yaraqlıların qaçdığı avtomobilin satışı ilə bağlıdır.

Bundan əvvəl Crocus City Hall-da baş vermiş terror aktı ilə bağlı təqsirləndirilən şəxsin anası həlak olanların ailələrinə müraciət edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Zelenski ilə nə vaxt görüşəcəyini açıqladı
Ərdoğan tarix açıqladı: "Yeni bir Türkiyə inşa edəcəyik"
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi