Həkimlər Tümen vilayətində xəstəxana işçilərinə qayçı ilə xəsarət yetirmək istəyən naməlum şəxsi zərərsizləşdiriblər.
Oxu24.com xəbər verir ki, bu barədə "VKontakte" sosial şəbəkəsində video yayılıb.
Hadisə ötən gecə İşimdəki 4 saylı Rayon Xəstəxanasında baş verib.
Görüntülərə görə, qeyri-adekvat kişi əvvəlcə qadın həkimə qayçı ilə hücum edib.
Daha sonra xəstəxana dəhlizinə ağ xalatlı bir şəxs çıxıb və dərhal hücumçunun əlindən qayçı almağa çalışıb.
Baş verənlərə başqa bir şəxs müdaxilə edib və həkimlər birlikdə hücumçunu yerə yıxaraq zərərsizləşdiriblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR