Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105173
az

Kasım-Jomart Tokayev  onu  baş nazirinin müavini təyin edib

11:3131 Mart, 2024
180
  • A

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanat Bozumbayevi ölkənin baş nazirinin müavini təyin edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin Telegram-kanalında məlumat verilib.

 

“Dövlət başçısının sərəncamı ilə Kanat Aldabergenoviç Bozumbayev Qazaxıstan Respublikası Baş nazirinin müavini təyin edilib, o, əvvəllər tutduğu vəzifədən azad edilib”, - məlumatda deyilir.

 

55 yaşlı Bozumbayev 2023-cü ilin sentyabrından Qazaxıstan prezidentinin müşaviri vəzifəsində çalışırdı.

 

Bundan əvvəl müxtəlif illərdə Alma-Ata vilayətinin administrasiyasının rəhbəri, dövlət başçısının köməkçisi və energetika naziri vəzifələrində çalışıb.

Bundan əvvəl Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Minqlə görüşündə demişdi ki, ŞƏT-ə üzv ölkələrin bütün liderləri assosiasiyanın iyulda Astanada keçiriləcək sammitində iştirak etmək niyyətindədirlər. .

Martın 15-də Nur.kz yazıb ki, Qazaxıstan prezidenti öz ölkəsini Qızıl Ordanın varisi adlandırıb. O qeyd edib ki, bu orta əsr dövlətinin geosiyasi irsi bir sıra Avrasiya dövlətlərinin, o cümlədən Qazax xanlığının yaranması üçün əsas olub.

Tokayev bundan əvvəl ölkələri terrorizmlə mübarizədə birləşməyə çağırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Qətər Suriya və Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü spekulyasiya adlandırır
ABŞ Talibanla məhbus mübadiləsini müzakirə edir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı