Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10516
az

Saçı tökülənlər MÜTLƏQ OXUSUN — 3 MÜKƏMMƏL RESEPT Cəmiyyət

21:1503 Mart, 2019
953
CƏMİYYƏT
  • A
 Başınızdakı ağ saçlar sizi narahat edir? Erkən yaşda saçlarınızın ağardığını düşünürsünüz?
Oxu24.com məlumatına görə, saçların ağarmasının bir çox fərqli səbəbi var. Əsas faktorlardan biri isə genetik saç ağlığıdır. Gərgin həyat tərzi, stress,  vitamin əskiklikləri və fərqli xəstəliklər nəticəsində saçlar ağara bilər. Bəzən saçların ağarmasının qarşısını müəyyən qədər almaq da olur. Bunun üçün təbabətdə bir neçə üsul var.
Onlardan bir neçəsini sizə təqdim edirik.
Qaraçay saçı antoksidləşdiricilərlə qidalandırır və ağ saç tellərinin rəngini dəyişir.
Resept 1

İki yemək qaşığı çayı bir stəkan suda qaynadın, yaxşıca dəmləndikdən sonra çayı soyumağa qoyun. Çay soyuduqdan sonra  süzün. Saça və baş dərisinə masajla tətbiq edin. 1 saata yaxın gözləyin, daha sonra şampunla yuyun. Bunu həftədə 2-3 dəfə edə bilərsiniz.
Soğan suyu isə saç tökülməsinin qarşısını alır. Həmçinin, saçların itirilən sağlamlığını bərpa edir, ağarmanın qarşısını alır. Soğan iyi sizi narahat edirsə, aşağıdakı resept məsləhətli hesab olunmur. Lakin buna baxmayaraq, olduqca xeyirli vasitədir.
Resept 2
Orta həcmli soğanı doğrayın. Bir yemək qaşığı zeytun yağı əlavə edərək blenderdən keçirin. Əldə olunan qarışığı tənzifdən süzün. Hazırlanan soğan suyunu 10 dəqiqə ərzində saç diblərinə masajla tətbiq edin. 40 dəqiqə gözlədikdən sonra saçlarınızı durulayın.
Kokos yağı və limon suyu
Limon bol miqdarda C vitamini ilə zəngindir. Qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8 faizə qədər üzvi turşular, 3 faizə qədər şəkər, azotlu maddələr, mineral maddələr, A, VI, V2, Z, S vitaminləri, fitosidlər və s.  var.
Kokos qozunda olan maddələr isə saçı qırılmalardan qoruyur.
Resept 3
İki çay qaşığı limon suyunu 2 yemək qaşığı kokos yağı ilə qarışdırın. Əldə olunan məhsulu biraz isidin. Qarışığı baş dərisinə masaj edərək, yarım saat gözləyin. Daha sonra saçlarınızı yuyun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı