Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105127
az

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

17:3430 Mart, 2024
233
  • A

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür.

OXU24.COM  xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, apardılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb.
 

"Qızıl bazarında 8 Mart və Novruz bayramı öncəsi aktivlik var idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu ayın bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük verirlər.

Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı düşür".

T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.

"Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja qiyməti ilə tənzimlənir. Son beş il ərzində zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir", - deyə o yekunlaşdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi