Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski dostunu da vəzifəsindən azad etdi

SİYASƏT

269

30.03.2024, 15:36

Sergey Şefir Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci köməkçisi vəzifəsindən azad edilib.

“OXU24.COM ” xəbər verir ki, fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub.

“Şefir Sergey Naxmanoviç Ukrayna prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, o, 2019-cu ilin mayından Ukrayna prezidentinin köməkçisi vəzifəsində işləyib. Siyasətə gəlməzdən əvvəl Zelenski ilə televiziya layihələrində çalışıb. Şefir “95-ci Kvartal” KVN komandasına əsaslanan “Kvartal-95” studiyasının həmtəsisçisidir.