Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105042
az

Dəhşətli qəza: 45 nəfər öldü

22:1028 Mart, 2024
188
REDAKTORUN SEÇİMİ
  • A

Cənubi Afrika Respublikasında (CAR) avtobus qəzası baş verib.

 

SABC News-un məlumatına görə, avtomobil körpüdən aşıb və 45 nəfər qəzanın qurbanı olub.

 

İlkin məlumata görə, avtobusda Botsvananın Qaborone şəhərindən Cənubi Afrikanın Moriya şəhərinə gedən zəvvarlar olub.

 

Limpopoda dağ aşırımında avtomobil idarəetməni itirərək körpüdən aşıb.

 

Yalnız bir sərnişin sağ qalıb - səkkiz yaşlı qız qəzadan sonra xəstəxanaya yerləşdirilib və o, helikopterlə xəstəxanaya aparılıb.

 

Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa artıq faciə ilə bağlı başsağlığı verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu