Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105038
az

Bu gün Qədr gecəsidir - Nə etməliyik?

21:5028 Mart, 2024
340
CƏMİYYƏT
  • A

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində “ehya” deyirlər (xalq arasında Qədr gecələrini “ehya gecələri” adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır. Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi. Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər: 1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır). 2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq). 3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə “Fatihə” surəsindən sonra 7 dəfə “İxlas” surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək (“Əstəğfirüllahə və ətubü ileyh”) tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. 4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: “Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar”. Tərcüməsi: “İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər. 5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar: “Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”. Tərcüməsi: “İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz”. Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: “Bikə ya Allah”, “bi-Mühəmməd”, “bi-Əliyy”, “bi-Fatimə”, “bil-Həsən”, “bil-Hüseyn”, “bi-Əliyy ibnil-Hüseyn”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Cəfər ibni Mühəmməd”, “bi-Musəbni Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Əliyy ibni Mühəmməd”, “bil-Həsən ibni Əliyy” və “bil-Hüccə”. Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin. 6. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:”Allahümməl-ən qətələtə əmiril-möminin” (“İlahi, möminlərin əmirini öldürənə lənət et”). Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur. Bundan başqa, Qədir gecələrinin müstəhəb əməlləri rəngarəngdir. Daha artıq savab qazanmaq və bu gecənin haqqını vermək istəyən adam öz imkanı dairəsində aşağıdakı əməlləri də yerinə yetirə bilər. Məsələn, Quran oxumaq müstəhəbdir. Xüsusilə, 23-cü gecədə “Ənkəbut” və “Düxan” surələrini tilavət etmək, “Qədr” surəsini min dəfə (və ya bacardığı qədər) təkrarlamaq savab sayılır. Bu gecələrdə “Cövşəni-kəbir” duasını oxumağın da savabı var. Qədr gecələrində çoxlu istiğfar etmək, yəni “Əstəğfirüllahə rəbbi və ətubü ileyh” (“Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm”) demək də müstəhəbdir. Ramazan ayının gecələrində üst-üstə min rükət namaz qılmaq müstəhəbdir; 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət namaz qılınır. Əhli-sünnə məzhəbli müsəlmanlar ramazanın bütün gecələrində olduğu kimi, bu gecələrdə də təravih namazı qılırlar. Qədr gecələrində sədəqə vermək, etikafa girmək (ən azı 3 gün məsciddə ibadətlə məşğul olmaq) də savab sayılır. Qədr gecələrində oxunması tövsiyə edilən başqa irihəcmli dualar da mövcuddur ki, müvafiq kitablarda (məsələn, Məfatihül-cinan” kitabında) bunlar qeyd edilib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident yeni fərman imzaladı
Azad edilmiş ərazilərdə noyabrda 541     mina          aşkarlanıb
İdarə rəisi yeni vəzifəyə       təyin       olundu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı