Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105022
az

Qırğızıstan prezident üçün təyyarə alıb

19:2328 Mart, 2024
183
DÜNYA
  • A

Qırğızıstan hakimiyyəti dövlətin yüksək vəzifəli şəxslərinin səfərləri üçün A-320 təyyarəsi alıb.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə TASS hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“Airbus A320 təyyarəsi, yeni 1 nömrəli təyyarə Qırğızıstan Respublikasına gəlib”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, təyyarəni Qırğızıstan Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov qarşılayıb.

 

Alınan A-320 təyyarəsinin 2002-ci ildə istehsal olunduğu məlumdur, kimdən alındığı barədə məlumat verilmir.

 

Hökumət başçısı qeyd etdi ki, respublika “inkişaf yoluna qədəm qoyub”, büdcə hesabına xüsusi və hərbi texnika, qabaqcıl tibbi avadanlıqlar, ictimai nəqliyyat alınır.

 

Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına burada tətbiq edilən gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əlaqədar Rusiyaya səfərlərdən müvəqqəti çəkinməyi tövsiyə etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
ABŞ Venesueladan neft idxalına ehtiyac olmadığını bildirib
Reuters: Qəzadan sonra Vaşinqton hava limanı yaxınlığında helikopter uçuşları məhdudlaşdırılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi