Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105013
az

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert

18:1528 Mart, 2024
208
SİYASƏT
  • A

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanması və torpaqlarını azad etməsi regionda yeni reallığın formalaşmasına səbəb oldu. Bu reallıq əslində regionda sülh və sabitliyə gətirib çıxaracaq ədalətli vəziyyətlə üst-üstə düşür.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Qarabağ qələbəsi ilə ərazi bütövlüyünü əldə edən və getdikcə regionun güclü aktoruna çevrilən Azərbaycana qarşı əli zəifləmiş Aİ və ABŞ həmişə olduğu kimi, Ermənistandan istifadə edərək regionda yeni problemlər yaratmaq istəyirlər.

"Ona görə də Azərbaycanla Ermənistan arasında sülhlə bağlı Qərbdən qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil. Çünki ABŞ və Qərb bu məsələdə hakim yox, erməni tərəfi kimi çıxış edir. Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-nin aprelin 5-də Brüsseldə keçirəcəyi görüşə də bu kontekstdə baxmaq lazımdır. Burada məqsəd erməni tezisləri ilə bağlı Azərbaycana təzyiq etmək olacaq. Bunun bir çox əlamətləri var. Məsələn Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası Aİ-nin Ermənistandakı Missiyasına çevrilir. Eynilə, Aİ üzvləri Fransa və Yunanıstan da hərbi əməkdaşlığı gücləndirərək Ermənistanı silah və texnika ilə təmin etdilər. Xülasə, Qərbin məqsədi Azərbaycanla Ermənistan arasında sülhü təmin etmək deyil. Əksinə, iki ölkə arasında qarşıdurmanı artırmaqla regionda nüfuz qazanmaqdır.

Qeyri-region dövlətlərinin regiona müdaxiləsini "qırmızı xətt" adlandıran İranın susmasına gəlincə isə, İran reallıqdan və həqiqətdən uzaq ənənəvi siyasətinə uyğun olaraq hər addımda Azərbaycanın regionda yüksəlişinə qarşı mövqe sərgiləyir.

İranın qırmızı xətləri Azərbaycan və Türkiyəyə aiddir. Onun Ermənistanla bağlı bütün xətləri yaşıldır" ", - deyə M. Yüce bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi