Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104986
az

ŞAD XƏBƏR: Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər – Tarix açıqlandı

22:0627 Mart, 2024
166
REDAKTORUN SEÇİMİ
  • A

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu kimi qaldı. İstər minimum əməkhaqqı, istərsə də xəstəliklə əlaqədar müavinət alanlar artım olacağını gözləyirlər.

Oxu24.com  bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli müavinət və pensiyaların artırılmasının büdcədə iki cür nəzərdə tutulduğunu qeyd edib.

N.Cəfərli cari ilin ortaları müavinətlərin artırılmasının mümkün olduğunu deyib:

“May-iyun aylarında büdcəyə yenidən baxılması gözlənilir. Bu zaman minimum əməkhaqqı və müavinətlərin artırılması məsələsinə də təkrar baxıla bilər. Çünki büdcədə vəsait olmadan hər hansı qərarla bu məbləği artırmaq mümkün deyil. Düzdür, Prezident fərmanı ilə ola bilər, amma yenə də belə qərar büdcədəki müvafiq maddələrə istinadən verilir. Ona görə də, düşünürəm ki, əvvəlcə büdcəyə əlavələr və dəyişikliklərin olunacağına baxmaq lazımdır”.

 

Natiq Cəfərli may-iyun aylarında maaş və müavinətlərin artırılma şansı və ya imkanının ola biləcəyini qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!