Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104981
az

Həvəsləndirici mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

20:4827 Mart, 2024
205
MANŞET
  • A

"Kiberdələduzlar tərəfindən "Competo" MMC-nin innovativ alış-veriş platforması olan "Umico Market"in adından saxta kampaniyalar həyata keçirilir".

OXU24.COM  xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.
 

Oxu24.com

ŞƏRHLƏR