Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104944
az

Okeanda yeni plastik “adalar” yarandı

11:4027 Mart, 2024
214
  • A

Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.

OXU24.COM oxu.az-a istinadən bildirir ki, tədqiqatın əsas nəticələri "Environmental Science Technology" (EST) jurnalında dərc olunub.

Alimlər beş həftəlik ekspedisiya həyata keçiriblər və bu ekspedisiya zamanı Vankuver, Kanada və Sinqapur arasında Sakit Okeanın şimalındakı səth sularından nümunələr götürüblər.

Onlar qeyd olunan ərazilərdə plastik tullantılarından yeni "adalar" əmələ gəldiyini bildiriblər.

Sakit Okeanın qorunan ərazilərində yüksək konsentrasiyalı plastikin aşkarlanması alimləri şoka salıb və bunun proqnozlaşdırma modellərinin gözləntilərinə zidd olduğu vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq