Macarıstan Rusiya və Ukrayna arasında tezliklə atəşkəs əldə etməkdə israrlıdır.
Oxu24.com xəbər verir ki,Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Szijarto vurğulayıb ki, Macarıstan müntəzəm olaraq Ukrayna üzrə sülh danışıqlarına tezliklə keçiddən danışır.
Onun sözlərinə görə, Qərbin davamlı hərbi yardımı “Rusiyanın qələbəsinin qarşısını almaq məqsədi daşıyır”.
“Bilirsiniz, yanımızda olan müharibəyə gəldikdə bizim mövqeyimiz çox aydındır. Biz hesab edirik ki, Rusiya məğlub ola bilməz”, - Macarıstanın xarici işlər naziri bildirib. O qeyd edib ki, “sülh danışıqlarının başlaması və atəşkəs daha çox itki və dağıntıların qarşısını alacaq, həmçinin Ukraynanın bərpasına ehtiyacı azaldacaq”.
Bundan əvvəl Szijarto bir sıra Aİ ölkələrinə Ukraynaya qoşun yeritməyə icazə vermişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR