Kakao fyuçers kotirovkaları tədarük çatışmazlığı qorxusu ilə yenidən tarixi zirvəyə çatdı.
Oxu24.com xəbər verir ki, Nyu-Yorkda kakao paxlasının may fyuçersləri çərşənbə axşamı ticarət zamanı 3,9% artaraq bir ton üçün 10,030 dollara çatıb. İlin əvvəlindən kotirovkalar 2,4 dəfə, son beş sessiyada isə 20%-dən çox artıb.
Xəbər verildiyi kimi, dünyanın ən böyük kakao tədarükçüsü olan Kot-d'İvuarda anomal isti hava şəraiti yaranıb və bu, kakao paxlası məhsulunu təhlükə altına alıb.
Bu arada dünyanın aparıcı iqtisadiyyatlarında kakao və şokolada tələbat yüksək olaraq qalır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR