Fransa AASM bombalarını gələcək Ukrayna F-16 qırıcıları üçün uyğunlaşdırmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, Bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu deyib.
Qeyd olunur ki, Qərb müttəfiqləri Kiyevə F-16-lar göndərə bilər. "Biz tərəfdaşlarımızla AASM bombalarımızın uyğunlaşdırılmasını müzakirə etmək niyyətindəyik",deyə nazir bildirib
Lekornunun sözlərinə görə, fransız mütəxəssislər bu bombaları sovet təyyarələrində istifadə üçün uyğunlaşdırıblar və indi də eyni şeyi Qərb istehsalı olan təyyarələr üçün də etmək istəyiblər.
Bildirilir ki, 2024-cü ildə Fransa hərbi müəssisələri 600 AASM bombası, 2025-ci ildə isə 1200 bomba istehsal etməyi planlaşdırır.
Miri
Oxu24.com
ŞƏRHLƏR