Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104911
az

Rusiyadan Bakıya zəng: “Gəlirəm, pulu ödəyib, səni aparıram”

18:1426 Mart, 2024
118
MANŞET
  • A

"Krasnodar"ın baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırdığı vaxt Rusiyadan çoxsaylı təkliflər alıb.

OXU24.COM  İdman.Biz-ə istinadən bildirir ki, bunu rusiyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, "Sabah"a rəhbərlik etdiyi müddətdə həm ilkin, həm konkret təkliflər alıb: "İki ildə Premyer Liqadan 3-4 zəng oldu. Bunlar "məşqçimiz gedib, danışa bilərik?" xarakterli zənglər idi. Cavab verirdim ki, üzr istəyirəm, indi gedə bilmərəm, Azərbaycanda öhdəliklərim var, burada xoşbəxtəm və heç yerə getmirəm".

Rusiyadan Bakıya israrlı zəng də olub: "Bir klub rəhbəri zəng vurub dedi ki, müqaviləndə sərbəstqalma məbləği göstərilib? "Hə" cavabını eşidən kimi "gəlirəm, pulu ödəyib, səni aparıram" dedi. Mən eyni cavabı verdim ki, burada çalışmaqdan xoşum gəlir, xoşbəxtəm və getməyə hazır deyiləm".

Qeyd edək ki, Musayev martın 14-də "Krasndoar"ın baş məşqçisi təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Zeynəb Xanlarova Şuşada - FOTO
Azərbaycanda daha bir tələbə öldü - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı