Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104898
az

Rusiyanın Gürcüstana LNG tədarükü kəskin surətdə artıb

15:2226 Mart, 2024
112
  • A

Fevral ayının nəticələrinə əsasən, Rusiya Gürcüstana mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü ötən illə müqayisədə iki dəfə artırıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə TASS Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqına istinadən yazır.

 

Ümumilikdə, ötən ay Gürcüstan digər ölkələrdən 6,47 min ton LNG alıb, 2023-cü ilin analoji dövründə bu rəqəm 3,37 min ton olub.

 

Rusiya xammalının ümumi tədarükdə payı 99,8%, yəni 6,46 min ton təşkil edib.

 

Martın əvvəlində baş nazirin müavini Aleksandr Novak Rusiyanın 2023-cü ildə Avropaya nə qədər LNG göndərdiyini açıqlayıb. Məlum olub ki, tədarük həcmi sanksiyalara baxmayaraq 38% artaraq 15 milyon tonu ötüb.

 

Bundan əvvəl İspaniya Rusiya Federasiyasından LNG-yə ümumavropa embarqosuna ehtiyac olduğunu açıqlamışdı.

 

Rusiyanın enerji resurslarından imtina məsələsi Avropa üçün ən çətin məsələlərdən biri olaraq qalır.

 

Daha əvvəl Aİ-yə LNG ixracatında hansı ölkənin lider olduğu məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb