Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104892
az

ABŞ və Çindəki milyarderlərin sayı açıqlandı

11:5226 Mart, 2024
112
DÜNYA
  • A

Baş ofisi Londonda yerləşən "Henley Partners" təşkilatı milyonçu və milyarderlərlə bağlı yeni hesabat yayıb.

OXU24.COM  xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.

Sənədə görə ABŞ-da son 5 ildə milyonçuların sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonçuların təxminən üçdə biri ABŞ-da yaşayır.

Siyahıda ikinci yerdə gələn Çindəki milyonçuların sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.

Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyonçu və milyarderlərin sayının artmasına mane olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA