Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104878
az

Qatildən taksidə şifrəli mesaj: Sürücüyə deyib ki...

21:1825 Mart, 2024
194
CƏMİYYƏT
  • A

Moskva yaxınlığındakı "Crocus City Hall"da qətliam törətmiş şəxslərə taksi xidməti göstərmiş sürücülər açıqlama verib.

 Sözügedən taksi sürücüsü terrorçuları onların fotoları mediada yayıldıqdan sonra tanıyıb.

Denis adlı taksi sürücüsü bildirib ki, cinayətkarları terrordan bir neçə gün öncə Moskva ətrafındakı Anadırskaya küçəsindən Selskoxozyaystvennaya qədər aparıb:

"Terrorçular gedişhaqqı olaraq 350 rublu nağd şəkildə ödədilər. Onlar maşında öz ana dilləriində danışırdılar. Amma onların danışıqlarında və davranışlarında şühbəli nəsə hiss etmədim"

Şəmsudin adlı başqa bir taksi sürücüsü isə terrorçulardan birini martın 7-də "Crocus"dan götürərək onu Krasnoqorsk rayonunun Putilkovo kəndinə aparıb:

"O, özünü sakit aparırdı. Söhbət əsnasında dedi ki, "Crocus"da konsertə gəlibmiş, amma konsertdən razı qalmadığlına görə tədbir yekunlaşmamış getmək qərarına gəlib. O, mənimlə rus dilində danışırdı, yanımda telefonla heç kimlə əlaqə yaratmayıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN