Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı 64 yaşlı İsrail İslamovu həbs edib.
Oxu24.com xəbər verir ki, bu barədə Lenta.ru-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs mayın 22-dək istintaq təcridxanasında qalacaq.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin (“Terror aktı”) 3-cü hissəsinin “b” bəndi ilə şübhəli bilinir. Onun hər iki oğlu - Dilovar və Aminçon da iki ay müddətinə həbs edilib.
“112” Telegram kanalının məlumatına görə, Crocus City Hall konsert zalında baş verən atışmadan sonra qaçmağa çalışdıqları ağ Renault avtomobilini terrorçulara satan İslamov və onun oğulları olub.
Müstəntiqlər təqsirləndirilən Aminçon İslamov və Dilovar İslamovun, habelə şübhəli İsrail İslamovun həbs olunmasını xahiş ediblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR