Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104837
az

Rusiyaya bilet kəskin bahalaşdı

10:0925 Mart, 2024
286
REDAKTORUN SEÇİMİ
  • A
Bu ilin ilk iki ayında Rusiya daxilində uçuşlar üçün aviabiletlərin orta qiymətləri əhəmiyyətli dərəcədə artıb. “Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin verilənlərindən məlum olub. Belə ki, yanvarda artım illik ifadədə 33,9 % təşkil edib, fevralda isə sürətlənib – qiymətlər artıq 42 % artaraq ekonom sinifdə min km uçuş üçün 7 244 rubla (134 AZN) çatıb. Fevral ayının orta qiyməti 2022-ci ilin pik aviasiya mövsümündəki qiyməti artıq üstələyib (həmin ilin iyulunda min km uçuş üçün qiymət 6 621 rubla (122 AZN) yüksəlmişdi). Nəşr vurğulayıb ki, ənənəvi olaraq yay aylarında tələbat artdığı üçün biletlər bahalaşır. Məsələn, ötən ilin iyul ayında uçuşun orta qiyməti min km üçün 7 638,95 rubl (141 AZN) təşkil edib. Bununla yanaşı, fevral ayında orta qiymətlərin aylıq dinamikası (bu ilin yanvar ayı ilə müqayisədə) 12,7 % artıb. Bu, azı 2008-ci ildən bəri fevral ayında baş vermiş ən kəskin qiymət artımıdır. 2023-cü ilin fevral ayında aviabiletlərin qiyməti həmin ilin yanvar ayı ilə müqayisədə cəmi 6,2 %, 2022-ci ildə 2,5 %, 2021-ci ildə 7,6 %, əvvəlki illərdə isə 1-2 % artıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi