Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104830
az

Məşhur bəstəkar vəfat etdi - FOTO

22:2024 Mart, 2024
214
DÜNYA
  • A

Çağdaş dövrün öncül bəstəkarlarından biri, macarıstanlı dirijor Peter Ötvöş 81 yaşında vəfat edib.

OXU24.COM  report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Magyar Nemzet" qəzeti bildirib.

İncəsənət xadiminin ailəsi onun uzun sürən xəstəlikdən öldüyünü açıqlayıb.

Ötvöş bir neçə müasir operanın müəllifidir, onlardan ən məşhurları "Üç bacı", "Qızıl əjdaha", "Amerikada mələklər", "Məhəbbət və digər cinlər"dir. Operalar üçün librettolar rus, ingilis, alman və fransız dillərində yazılıb; onun doğma macar dilində ilk operası yalnız 2023-cü ildə ərsəyə gəlib.

Bundan başqa, o, simfonik orkestr üçün əsərlərin, madrigal komediyaların və bir neçə filmin saundtreklərinin müəllifidir.

Dirijor kimi, Ötvöş əsasən 19-cu əsr musiqisi ilə işləyib. O, Göteborq Simfonik Orkestrinin, Vyana Radio Orkestrinin və "Radio Frans" Filarmonik Orkestrinin əsas qonaq dirijoru olub.

Vətənində o, iki dəfə Macarıstan parlamentinin (Ölkə Məclisi) sənət adamları üçün təsis etdiyi ən yüksək mükafat olan Koşut mükafatına layiq görülüb. İkinci mükafatı ölümündən öncə, martın 19-da alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü