Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, Çin öz ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün “qətiyyətli tədbirlər” görəcək.
Oxu24.com xəbər verir ki, “Filippin Çin tərəfinin mövqeyinə etiraz etməkdə davam edərsə, Çin öz ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görərək cavab verəcək”, - deyə hərbi idarənin saytında yerləşdirilən bəyanatda deyilir.
Pekin Filippin təchizat gəmilərinin və sahil mühafizə gəmilərinin Cənubi Çin dənizindəki Renai (Ayungin) rifinin mübahisəli sularına daxil olmasını təxribat kimi qiymətləndirir.
Bundan əvvəl Filippin Silahlı Qüvvələri məlumat vermişdi ki, Çin sahil mühafizə gəmiləri Cənubi Çin dənizindəki mübahisəli sahil bölgəsində Filippinin təchizat gəmilərinə qarşı su şırnaqlarından istifadə edib.
ÇXR bəzi ölkələrlə Cənubi Çin dənizində şelfində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilmiş bəzi adaların ərazi mülkiyyəti ilə bağlı mübahisələrlə məşğuldur.
Söhbət ilk növbədə Xişa arxipelaqından (Parasel adaları), Nanşa adalarından (Spratlis) və Huanqyandan (Skarboro rifindən) gedir, bu mübahisələr Bruney, Vyetnam, Malayziya və Filippinə aiddir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR