Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104809
az

“Mahnılarını satmaq üçün birinci mənə oxudurlar”

18:1524 Mart, 2024
213
CƏMİYYƏT
  • A

Müğənni Natavan Həbibi mahnı müəlliflərinin ona etdiyi haqsızlıqlardan danışıb.

OXU24.COM  olay-a istinadən xəbər verir ki, ifaçı bəstənin daha yüksək qiymətə satılması üçün ondan istifadə edildiyini deyib. Sənətçi bu barədə "10-da görüşək" verilişində söz açıb.

"Studiyada mahnını oxuyuram, hazırlayıram. Görürəm ki, mahnı kiminsə ifasında çıxır. İllərdir belə söhbətlər olur. Müəlliflər mahnılarını satmaq üçün bunu edirlər. Mahnını mən alıram, oxuyuram, aranjiman olunmağı qalır. Mənim ifamda göstərirlər ifaçılara. Əlbəttə ki, Natavan bəyənibsə, onlar da bəyənirlər. Üstünə bir az da məbləğ qoyub alırlar. Mənə də deyirlər ki, "Kompüter yanıb, nəsə olub, sənə başqa mahnı verək". Haqsızlıqlar çox baş verir. Elə mahnılarımız var ki, çıxmalı idi, çıxmadı. Başqalarının ifasında səslənir, zay olur. Mənim musiqiyə heyifim gəlir. Elə olub ki, aranjimanını da etmişəm, oxumuşam, bir həftədən sonra radioda eşidirəm ki, başqa müğənni oxuyur", - deyə, o, bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq

Ərdoğan Kamala Harrislə görüşə bilər


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı