Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104807
az

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına...

17:3824 Mart, 2024
204
CƏMİYYƏT
  • A

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur.

Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Ancaq qara zirənin bütün faydalarından faydalanmaq üçün onu acqarına istehlak etmək lazımdır.

OXU24.COM musavat.com-a istinadla xəbər verir ki, səhərlər ac qarına istehlak edilən qara zirənin güclü təsirlərə malik olduğu açıqlanıb. 

Qara zirə Azərbaycan mətbəxində də ən çox istehlak edilən bitkilərdən biridir. Bir az acı və kəskin dadı olan qara zirə, tərkibindəki güclü qida dəyəri sayəsində sağlamlığımız üçün ən müalicəvi mənbələrdən biridir.

Lif, dəmir və zülal baxımından zəngin olan qara zirə xəmir, salat və qəlyanaltılarda tez-tez istifadə olunur. Ancaq qara zirəninin acqarına yeyilməsi təsəvvür belə edə bilməyəcəyiniz qədər faydalardır.

Qara zirə möcüzəsi - Fizuli Hüseynov

Xüsusilə səhərlər acqarına istehlak edildikdə həzm sisteminin daha yaxşı işləməsini dəstəkləyir.

Qara zirənin liflə zəngin olması həzm sistemini tənzimləyir və qəbizlik problemlərini azaldır. Bundan əlavə, qara zirə tərkibindəki antioksidantlar sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur və immunitet sistemini gücləndirir.

İmmunitet sistemini gücləndirən qara zirə sayəsində orqanizmimiz xəstəliklərə qarşı müqavimətini artırır.

Digər tərəfdən acqarına qara zirə yemək enerji səviyyəsini artırır və gün ərzində daha çox enerji verir. Bir stəkan suya 1 çay qaşığı qara zirə əlavə edin və 10 dəqiqə gözlədikdən sonra istehlak edin. İstəyirsinizsə, çeynəyib və ya üyüdərək istehlak edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu